AZ

Binəqədidə 4 işçinin ölümü ilə bağlı cinayət işi başlandı – Prokurorluq açıqlama yaydı » AzadMedia.az


Baş Prokurorluğun Mətbuat xidməti Binəqədi rayonunda 4 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı sorğuya cavab olaraq rəsmi məlumat yayıb.

Qeyd edilir ki, 21 noyabr tarixində paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in işçiləri –
1997-ci il təvəllüdlü Cavidan Muradlı,
2005-ci il təvəllüdlü Emil Quliyev,
2006-cı il təvəllüdlü Eltac Əliyev və
2007-ci il təvəllüdlü Əkbər Zeynalov
hotelin qarşısında iş gördükləri zaman elektrik cərəyanı vurması nəticəsində həlak olublar.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü maddəsi (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.

Hazırda hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılır.

Seçilən
34
25
azadmedia.az

10Mənbələr