Nəhayət, “Barselona”nın “Kamp Nou” həsrəti tezliklə sona çatacaq. Komanda uzun fasilədən sonra ilk dəfə yenilənən doğma stadionunda meydana çıxacaq.
"Football-plus.az" xəbər verir ki, kataloniyalılar İspaniya çempionatının 13-cü turunun “Atletik”ə qarşı matçını doğma stadionunda keçirəcək. Klub bu barədə rəsmi X hesabında məlumat yayıb. Tarixi oyun sabah baş tutacaq.
Xatırladaq ki, “Barselona” sonuncu dəfə “Kamp Nou”da 2023-cü ildə La Liqanın 37-ci turunun “Malyorka” ilə oyununu keçirib. Həmin matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Nəhəng stadion iki il əvvəl yayda təmir məqsədilə bağlanandan sonra “Barselona” ev oyunlarını Luis Kompanis adına Olimpiya stadionunda keçirirdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta