Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduroilə tezliklə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Fox News"radio stansiyasına müsahibəsində deyib.
"Mən onunla çox da uzaq olmayan gələcəkdə danışacağam. Ona nədeyəcəyimi açıqlaya bilmərəm, amma çox konkret bir şey deyəcəm", -deyə D.Tramp bildirib.
Bundan əvvəl Bolivar Respublikasının prezidenti ABŞ ilədanışıqlara hazır olduğunu bildirib.