"Beşiktaş"ın sabiq futbolçusu Batuhan Karadeniz barədə həbs qərarı verilib.

Offsideplus.az xəbər verir ki, onun bütün əmlakları müsadirə edilib.

O, bir müddətdir Gürcüstanda yaşayırdı. İnterpol onu hər yerdə axtarışa verib.

Keçmiş hücumçu tapıldığı Türkiyəyə deportasiya olunacaq.

"Beşiktaş"ın yetirməsi olan B. Karadeniz 3 il əsas komandanın formasını geyinib. O, 2022-ci ildə peşəkar futbol karyerasını başa vurmuşdu.