Bakı. Trend:
1939-cu ilə aid ilk "Supermen" komiks kitabının bir nüsxəsiABŞ-nin Dallas şəhərində keçirilən "Heritage Auctions" hərracındarekord 9,12 milyon dollara satılıb.
Trend-in məlumatına görə, həmin hərracın press-relizindəbildirilib.
"Şimali Kaliforniyada yaşayan bir ailənin evinin çardağındatapılan 1939-cu ilə aid "Supermen" jurnalının ilk sayının birnüsxəsi hazırda dünyanın ən bahalı komiks kitabı kimi rekorda imzaatıb", - deyə qeyd olunub.
Hərrac evi qeyd edib ki, əvvəlki rekord 2024-cü ildə 6 milyondollara satılan "Action Comics" jurnalının ilk sayı ilə müəyyənedilmişdi.