Bakı. Trend:
İspaniyanın La Liqasında 13-cü turun “Valensiya” – “Levante”qarşılaşması başa çatıb.
Trend-inməlumatına görə, Valensiyada oynanan matç meydan sahiblərinin 1:0hesabı ilə qələbəsi ilə yekunlaşıb.
Oyunun yeganə qolunu 79-cu dəqiqədə Uqo Duro vurub.
Bu nəticədən sonra “Valensiya” 13 xalla turnir cədvəlində 15-ci,“Levante” isə 9 xalla 19-cu pillədə qərarlaşıb.
Növbəti turda “Valensiya” 1 dekabrda səfərdə “Rayo Valyekano”ilə qarşılaşacaq, “Levante” isə 29 noyabrda evdə “Atletik Bilbao”ilə oynayacaq.