AZ

Yanğında həyatını itirənlərdən biri Milli Geyim Evinin rəhbəri olub

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Hümbətova Könül Vəlibəy qızı olub.

 

Senzor.az bildirir ki, yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova tüstüdən zəhərlənərək dünyasını dəyişib.

 

Məlumata görə, modelyer yanan binada mənzillərdən birində kirayədə qalırmış.

 

Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı və  1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu həyatlarını itiriblər.


Xatırladaq ki, yanğında xəsarət alan 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Seçilən
77
17
senzor.az

10Mənbələr