Bakı. Trend:
İranın şimalındakı Hirkan meşələrində günlərdir davam edən böyükmiqyaslı yanğın, Mazandaran əyalətinin Marzanabad bölgəsindəyerləşən Elit dağlıq ərazisində yenidən şiddətlənib.
Trend xariciKİV-ə istinadla xəbər verir ki, bunun fonunda İran hökumətibeynəlxalq yardım çağırışı edib.
Yanğının söndürülməsinə yerli yanğınsöndürənlər, ətraf mühitmühafizəçiləri, Bəsic könüllüləri və dağçılardan ibarət qruplarcəlb olunub. Güclü külək və qurumuş bitki örtüyü alovun sürətləyayılmasına şərait yaradır. Bildirilir ki, bölgədə məhdud saydahelikopterdən istifadə mümkündür.
İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpenah yanğınınnəzarət altına alınmaması fonunda dost ölkələrdən təcili yardımistədiklərini açıqlayıb.