AZ

Bakıda çoxmərtəbəli yaşayış binasında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb

Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Musavat.com-a bildirilib ki, hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.

Məlumata görə, onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılmışdı.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
31
15
musavat.com

10Mənbələr