AZ

Heç evdə olmurdu, əcəl onu apardı

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.

Axşam.az xəbər verir ki, müğənni Xuraman Şuşalı Könüllə dost olduqlarını, milli geyimlərini hər zaman onun hazırladığını bildirib. Xuraman mərhumun görüntüsünü paylaşaraq bunları yazıb:

"Azərbaycanı milli geyimlərimizlə dünyada tanıdan Könül xanım, səni itirə bilmərik. Bu xəbər yalan olsun. Könül heç evdə tapılmırdı, bütün günü xaricdə olurdu. Necə oldu həmin an evdə oldun? Əcəl apardı... O qədər yaxşı insan idi ki... Telefonuna zəng etdim, dedilər gedin xəstəxanaya. Telefonunu yerdən tapıblar. Bütün günü işləyirdi, dayanmırdı. Hər şeyə tələsirdin. Ölümə də tələsdin. Ən gözəl milli geyimlərim onun idi". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
axsam.az

1Mənbələr