ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Könül xanımla bu gün (dünən – red.) tanış olduq, görüşdük. O qədər mehriban, gözəl bir insan obrazı yaratmışdı ki...”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanda təhsil ximətləri göstərən şirkətin rəhbəri Miryusif Cavadzadə ötən gün Yasamaldakı yanğında faciəvi şəkildə həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli ilə bağlı paylaşımında bildirib.
“Birlikdə işlər görəcəkdik. Nevzat hocaya salamlarımı çatdıracaqdı. Bir neçə saat sonra xəbər gəldi ki, rəhmətə gedib. Həyat, doğrudan da, bir anlıqdır…”, - M.Cavadzadə əlavə edib.
Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib.
Hadisə səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə 27 nəfər hospitalizasiya olunub, onlardan 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.