AZ

Yanğında tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlandı


Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzi (KTM) məlumat yayıb.
Məlumata görə, KTM-in Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənib.
Seçilən
21
4
yeniavaz.com

10Mənbələr