AZ

Yanğında zəhərlənənlərin son durumu

Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında baş verən yanğında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Avtosfer.az-a bildirilib ki, hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.

Məlumata görə, onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılmışdı.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
23
15
avtosfer.az

10Mənbələr