AZ

Formula-1: Las-Veqas Qran-prisinin təsnifat mərhələsi başa çatdı

Las-Veqasda keçirilən Formula-1 Qran-prisinin təsnifat mərhələsi yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, sessiyanın qalibi “Maklaren” pilotu Lando Norris olub. Dördqat və hazırkı dünya çempionu, “Red Bull” sürücüsü Maks Verstappen ikinci nəticəni göstərib. İlk üçlüyü isə “Uilliams” komandasının nümayəndəsi Karlos Sains tamamlayıb.

Formula-1, Las-Veqas Qran-prisi — Təsnifat nəticələri:

Lando Norris (“Maklaren”) — 1:47.934

Maks Ferstappen (“Red Bull”) +0.323

Karlos Sains (“Uilliams”) +0.362

Corc Rassell (“Mercedes”) +0.869

Oskar Piastri (“Maklaren”) +1.027

Liam Lawson (“Racing Bulls”) +1.128

Fernando Alonso (“Aston Martin”) +1.532

İsak Hacjar (“Racing Bulls”) +1.620

Şarl Lekler (“Ferrari”) +1.938

Pyer Qasli (“Alpine”) +3.606

İkinci sessiyadan sonra mübarizəni dayandıranlar:

Niko Hyulkenberq (“Sauber”) — 1:52.781

Ləns Stroll (“Aston Martin”) — 1:52.850

Esteban Okon (“Haas”) — 1:52.987

Oliver Berman (“Haas”) — 1:53.094

Franko Kolapinto (“Alpine”) — 1:53.683

Birinci sessiyada elənənlər:

Aleks Albon (“Uilliams”) — 1:56.220

Andrea Kimi Antonelli (“Mercedes”) — 1:56.314

Qabriel Bortoletto (“Kick-Sauber”) — 1:56.674

Yuki Tsunoda (“Red Bull”) — 1:56.798

Lyuis Hemilton (“Ferrari”) — 1:57.115

Seçilən
44
90deqiqe.az

1Mənbələr