AZ

İrandan Livana sərt mesaj: “Danışıqlara üçüncü ölkə qətiyyən lazım deyil”

İranın xarici işlər naziri Abbas Əraqçı Livanın XİN başçısı Yusif Racinin MTV-yə müsahibəsində səsləndirdiyi Tehranla dialoqa çağırışa rəsmi cavab verib.

Musavat.com xəbər verir ki, Əraqçı bununla bağlı “X” platformasında paylaşım edərək Tehran-Beyrut xəttində yeni diplomatik addımların mümkün olduğunu bildirib.

Əraqçı vurğulayıb ki, İran Livanın daxili işlərinə qarışmır, lakin iki ölkə arasında münasibətləri inkişaf etdirəcək istənilən dialoqu alqışlayır. Tehran-Beyrut əlaqələri üçün “üçüncü ölkəyə ehtiyac olmadığını” xüsusi olaraq qeyd edib.

Nazir həmkarı Yusif Racini Tehrana rəsmi səfərə dəvət edib, eyni zamanda əgər Beyrutdan dəvət olunsa, Livana səfəri məmnuniyyətlə qəbul edəcəyini deyib.

Tasnim News-un məlumatına görə, bu açıqlama İranın Livanla vasitəçilərsiz birbaşa danışıqlara üstünlük verdiyini və regional diplomatiyada yeni mərhələyə keçid siqnalı ola biləcəyini göstərir.

Musavat.com

Seçilən
37
50
musavat.com

10Mənbələr