“Barselona”nın sol cinah müdafiəçisi Xerard Martin öz futbol simvolları barədə danışıb.
90deqiqe.Az-ın "Barca Universal"a istinadən məlumatına görə, 23 yaşlı oyunçu bildirib ki, uşaqlıq idolu ilə “tarixin ən yaxşı futbolçusu” seçimləri fərqli olsa da, hər ikisi “Barselona” ilə sıx bağlı adlardır.
“Uşaqlıqda sevdiyim oyunçu Jordi Alba idi. Tarixin ən güclüsü isə Messidir”
Xatırladaq ki, Jordi Alba və Lionel Messi hazırda “İnter Mayami” klubunda çıxış edirlər. Alba karyerasını bitirməyə hazırlaşır, Messi isə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadıb.
Martin cari mövsümdə Xans-Diter Flikin komandasında 14 matçda meydana çıxıb.