AZ

“Təkərlər buz kimi idi, dövrəni tamamlaya bilmədim”

Britaniyalı pilot, yeddiqat dünya çempionu Luis Hemilton (“Ferrari”) Las-Veqas Qran-prisinin təsnifat mərhələsində sonuncu yeri tutduqdan sonra vəziyyəti şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 40 yaşlı pilotçunun dediklərini belə çatdırıb.

“Görünən odur ki, ilk təkər dəsti bizim üçün işləmədi. Təkərləri iş temperaturuna salmaqda çətinlik çəkirdim. Şinlər buz kimi idi və bu, çox məyusedicidir, çünki komanda böyük iş görmüşdü. Həftəsonu boyunca tempimiz var kimi görünürdü.

Açığı, xüsusi bir şey deyə bilmərəm, sadəcə dövrəni bir araya gətirə bilmədim. 10-cu döngəyə daxil olmuşdum ki, sarı bayraq gördüm. Sonra finişə yaxın qırmızı bayraq qaldırıldı, buna görə də sürəti azaltdım və dövrəni tamamlaya bilmədim”

Seçilən
77
90deqiqe.az

1Mənbələr