Xuraman Şuşalı Bakı Milli Geyim Evinin mərhum rəhbəri Könül Vəlibəyli haqqında paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, ifaçı sosial media hesabında paylaşımında yazıb:
"Azərbaycanı milli geyimlərimizlə dünyada tanıdan Könül xanım... Könül heç evdə tapılmırdı, bütün günü xaricdə olurdu. Necə oldu həmin an evdə oldun? Əcəl apardı... O qədər yaxşı insan idi ki... Zəng etdim, dedilər, gedin xəstəxanaya. Telefonunu yerdən tapıblar. Bütün günü işləyirdi, dayanmırdı. Hər şeyə tələsirdin. Ölümə də tələsdin. Ən gözəl milli geyimlərim onun idi".
Aydan Hacı
Telegram kanalımız