AZ

Azərbaycanlı qəzəlxan 53 yaşında vəfat etdi

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya mərhumun yaxınları bildirib.

Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə 6 sentyabrda Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979-1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb.

Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda "Azərbaycan Gəncləri", "Kaspi", "İki sahil", "Yol", "Olaylar", "Ədəbiyyat qəzeti", "Tək səbir", "Nəbz", "Şəhriyar" və başqa qəzetlərdə, həmçinin "Hikmət", "Kəlam", "Ulduz", "Karvan", "Azərbaycan" jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
baku.ws

2Mənbələr