AZ

G20-ni daha çox məsuliyyət götürməyə dəvət edirəm - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, qlobal iqtisadibərabərsizliklərin artdığı bir dövrdə G20 ölkələrinin daha çoxöhdəlik götürməsinin zəruri olduğunu bildirib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə G20Liderlər Sammitində çıxış zamanı danışıb.

O vurğulayıb ki, heç kimin geridə qalmadığı, daha ədalətli vəəhatəli qlobal iqtisadiyyatın qurulması üçün bütün G20 üzvləriaktiv rol oynamalıdırlar.

Ərdoğan dünyada hər 10 insandan birinin hələ də ağır yoxsulluqşəraitində yaşadığını xatırladaraq, 2030 Dayanıqlı İnkişafMəqsədlərinin hədəflərindən uzaqlaşıldığını qeyd edib.

Türkiyə Prezidenti deyib ki, 2024-cü ildə qlobal inkişafyardımları 9 faiz azalıb, 2025-ci ilin nəticələrində isə buazalmanın 17 faizə çatacağı proqnozlaşdırılır. Onun sözlərinə görə,bu vəziyyətdən ən çox zərər görən region Afrika qitəsidir.

Seçilən
60
4
az.trend.az

5Mənbələr