AZ

Niderlandlı oyunçu İngiltərə nəhənginə keçir - SON DURUM

"Feyenoord"un niderlandlı müdafiəçisi Jivayro Rid bu mövsüm başa çatdıqdan sonra Rotterdam klubunu tərk edərək "Dumanlı Albion"a yollanacaq. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, 19 yaşlı futbolçuya "Mançester Siti" müştəri çıxıb.

"Şəhərlilər" gənc müdafiəçini yay transfer pəncərəsi üçün potensial transferlər siyahısına daxil edib. 

Ridin transfer dəyəri 20 milyon avro qiymətləndirilir. 

Xatırladaq ki, Jivayro Rid bu mövsüm "Feyenoord"un heyətində Niderland Erediviziyasında 11 oyun keçirib və bu matçlarda 3 məhsuldar ötürmə edib, 2 sarı vərəqə alıb.

Seçilən
49
2
fanat.az

3Mənbələr