Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Araz-Naxçıvan"ın qonağı olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.
Günün ikinci oyununda "Qəbələ" səfərdə "Zirə" ilə üz-üzə gələcək.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.