AZ

Yanan binanın sakinləri: "Restoran sahibi şaxtanı ələ keçirmişdi"

Ajans.az xəbər verir ki, Oxu.Az hadisənin detallarını öyrənmək üçün sözügedən əraziyə yollanıb.

Bina sakinlərinin iddiasına görə, yanğının baş verməsinə əsas səbəb orada yerləşən "Loft" restoranı olub. Vurğulanır ki, sözügedən obyekt iki ildir ki, fəaliyyət göstərir. Qeyd olunur ki, sahibkar binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Həmçinin bir ay öncə hibrid maşınların elektrikdoldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib. Məhz generatorlar olan hissədə yanğın başlayıb. Sakinlər əlavə edirlər ki, təxminən 20 gün əvvəl binanın texniki işçisi zirzəmiyə daxil olmaq istəsə də, restoran əməkdaşları buna icazə verməyib və onu döyüblər.

Seçilən
102
Ajans.az

1Mənbələr