AZ

Elmar Baxşıyev: “Hakimlərdən danışmağa başlasaq, futbolu unudacağıq”

Misli Premyer Liqasının XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan (1:1) sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablayıb:

"Mübarizəli oyun oldu. Hər iki komanda yaxşı iş ortaya qoydu. Bəzi anlarda oyuna diqtə edirdik. “Turan Tovuz”un da üstün olduğu anlar var idi. Çətin oyunlar keçir. “Turan Tovuz” ağır komandadır. Bu gün hər iki komanda bir xal qazandı".

– İkinci hissədə istədiyiniz hücumları qura bilmədiniz. Nə alınmadı?

– Futbolçular öndə müdafiəyə diqqət etdilər. Düzdür, belə tapşırıq verilməmişdi. Hücumlar da edirdik. Sadəcə epizodlaır düzgün dəyərləndirə bilmirdik. Rəqib də əvəzetmələrdən sonra oyunu dəyişməyi bacardı. Hər iki komanda yaxşı oynadı.

– Bu arenada oynamağın komandaya hansısa təsiri var?

– Ümumi götürsək, oynadığımız stadion da bizim üçün ev sayılmır. Hamı bilir ki, haranı təmsil edirik. Mən də, rəhbərlik də, komanda da istərdik ki, azarkeşlərimiz qarşısında oynayaq. Məndən asılı məsələlər deyil. Bura gələndən istəyim Naxçıvanda oynamaqdır. Bu da komandaya üstünlük verir. Ümidliyik. Nə vaxtsa qayıdacağıq. Futbolçular peşəkardır. İstənilən arenaya uyğunlaşa bilirik.

– Neçə ildən sonra Naxçıvana qayıdacaqsınız?

– Mənə aid sual deyil.

– Turnir cədvəlində 6-cısız. Nə üçün komanda zəif təsir bağışlayır. 

– Mövsümün əvvəlidir. Zəif oynadığımızı düşünmürəm. Zaman keçdikcə daha yaxşı olacağıq.

– Kurban Berdıyev dedi ki, hakimlərdən danışsaq da, fikirlərimiz önəmli deyil. Siz bu gün idarəçilik haqda nə düşünürsünüz?

– Hakimlərdən danışmağa başlasaq, futbolu unudacağıq. Bütün dünyada belə problemlər yaşanır. İnanıram ki, referilər oyunun ritminə təsir etməz. Bu gün də xırda epizodlar var idi, etirazlarımız oldu. Bunlar futbolun içində olan elementlərdir.

– Simakalanın tez əvəzlənməsi nə ilə bağlıdır?

– Sarı vərəqəsi var idi. Ehtiyat edirdik. Simakala hörmətsizlik edə biləcək oyunçu deyil.

"Qarabağ" Sumqayıta gəldi, tribunalar doldu - Mövsümün rekordu

Əvəzedicilər Liqası: XI tura start verilib

I Liqa: “Səbail” “Baku Sportinq”lə bacarmayıb

Saşa İliç: “Qarabağ” Azərbaycanın ən güclü klubudur“

Qurban Qurbanov: “Sumqayıt” yaxşı təşkilatlanmış komandadır”

Seçilən
10
2
apasport.az

3Mənbələr