AZ

“Dünyanın ən tənbəl insanı” adı üçün yarışdılar Video

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çinin Daxili Monqolustanın Batou şəhərində yüzlərlə insan “dünyanın ən tənbəl insanı” adı uğrunda yarışıb.

“Qafqazinfo” xəbər verir ki, “Üfiqi yatma” adlanan müsabiqədə iştirakçılar saatlarla hərəkətsiz qalaraq özlərini sınayıblar.

Ev dekorasiyası brendi tərəfindən təşkil edilən yarışma bu il üçüncü dəfə keçirilib. Təşkilatçılar açıqlayıb ki, müsabiqənin dəqiq bitiş vaxtı yoxdur, qalib isə ən uzun müddət uzanan iştirakçı olacaq.

İştirakçılara telefon istifadə etmək, kitab oxumaq və yemək sifariş etmək icazəsi verilsə də, ayağa qalxmaq və tualetə getmək qəti qadağan olunub. Bu səbəbdən bəzi iştirakçılar yarış boyunca bezdən istifadə ediblər.

Müsabiqə həm qeyri-adi qaydaları, həm də maraqlı görüntüləri ilə sosial mediada böyük maraq doğurub.

Çin’de tembellik yarışması düzenlendi: Saatlerce yattılar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
9
qafqazinfo.az

10Mənbələr