AZ

Turan Araz la bərabərə qaldı, Zirə qalib gəlir

ain.az bildirir, Axar.az portalına istinadən.

Misli Premyer Liqasında XII turun daha bir qarşılaşması baş tutub.

Axar.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"la Sumqayıtda qarşılaşıb.

Görüş 1-1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.

Günün ikinci oyununda "Qəbələ" səfərdə "Zirə" ilə qarşılaşır. Qarşılaşmada ilk hissə başa çatıb, "Zirə" 1-0 qalib gəlir.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
axar.az

1Mənbələr