Babək rayonu ərazisində baş verən qəzada ana və övladları xəsarət alıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində baş verib.
Belə ki, "VAZ 2107" markalı avtomobillə "KIA" markalı avtomobil toqquşub. Qəzada ana Əliyeva Nuriyye Ağası qızı və övladları - Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.