AZ

“The Guardian”: Trampın sülh planı Ukrayna üçün kabusdur

BAKI, 22 noyabr. TELEQRAF

"ABŞ Prezidenti Donald Tramp 28 bəndlik sülh planı ilə təkcə Rusiya lideri Vladimir Putinimükafatlandırmayacaq, həm də Ukrayna demokratiyasını təhlükə altında qoyacaq".

Teleqraf xəbər verir ki, bunu amerikalı hüquq müdafiəçisi və "Human Rights Watch"un keçmiş icraçı direktoru Kennet Rot "The Guardian" üçün yazdığı məqalədə qeyd edib.

"ABŞ-nin sülh planı Ukrayna üçün kabus olacaq. Tramp Ukraynadakı müharibəyə sadə ərazi mübahisəsi kimi baxır. Rusiya ərazisi kimi tanınan silahsızlaşdırılmış bufer zonasının yaradılması Ukraynanı bütün Donbası tərk etməyə məcbur edəcək. Plan Rusiyanı döyüşlərdə ələ keçirə bilmədiyi ərazilərlə mükafatlandırılacaq və Ukraynanın müdafiəsini təhlükəli şəkildə zəiflədəcək.
ABŞ-nin sülh planının bəndlərindən biri də Ukrayna Silahlı Qüvvələrinin gücünün 600 min əsgərə qədər azaldılması tələbidir. Bu, Ukrayna üçün daha bir alçaldıcı şərtdir. Sülh planı Rusiya ilə saziş bağlandıqdan sonra 100 gün ərzində Ukraynada seçkilərin keçirilməsini nəzərdə tutur. Bununla belə, Putinin artıq beşinci prezidentlik müddətini başa vurmasına baxmayaraq, Tramp Moskvaya oxşar addım atması üçün təzyiq etmir" - deyə, məqalədə qeyd olunur.

Rot qeyd edib ki, ABŞ-nin sülh planında Rusiyanı qonşu ölkələrə təcavüz etməməyi vəd etməyə və onun konstitusiyasında Avropa və Ukraynaya qarşı təcavüz etməmək siyasətini təsbit etməyə məcbur edən bənd var: "Bununla belə, Putin keçmişdə dəfələrlə oxşar razılaşmaları, o cümlədən 1994-cü ildə imzalanmış Budapeşt Memorandumunu pozub, Rusiya Kiyevin Sovet nüvə silahlarından imtinası müqabilində Ukrayna sərhədlərinə hörmət edəcəyini vəd edib. Ukrayna məhz buna görə Qərbin təhlükəsizlik təminatında israrlıdır.ABŞ-nin sülh planında Rusiyanın yenidən işğala əl atacağı halda,qətiyyətli, əlaqələndirilmiş hərbi cavab tədbirlərini nəzərdə tutan bənd var. Bununla belə, Ukrayna üçün konkret təhlükəsizlik təminatları göstərilmir".

Rot hesab edir ki, Ukraynanın Rusiyanın yeni işğalına qarşı ən etibarlı müdafiəsi NATO liderlərinin, o cümlədən Trampın Putinin təcavüzünə hərbi cavab verməyə hazır olmasıdır. O qeyd edib ki, Avropa liderləri də uzun müddətdir ki, ABŞ-nin Ukraynada istənilən sülhməramlı missiyaları dəstəkləməsində israrlıdır.

Seçilən
83
50
teleqraf.com

10Mənbələr