Əhməd Oruc 19.11.2025-ci il tarixində saat 17:00 radələrində ağır vəziyyətdə Yeni Klinikaya hospitalizasiya olunub.
Bu barədə Musavat.com-a Yeni Klinikdan bildirilib.
"Ona soltərəfli böyük işemik insult, aspirasion pnevmoniya, ağır dərəcəli tənəffüs çatışmazlığı və kəskin böyrək zədələnməsi diaqnozları təyin olunub və tibbi xidmətlər göstərilib.
Həkim-reanimatoloqlar tərəfindən bütün zəruri reanimasiya tədbirləri görülməsinə baxmayaraq, xəstənin vəziyyətinin ağırlığı səbəbindən həyatını xilas etmək mümkün olmayıb. Onun 22.11.2025-ci il tarixində saat 14:50 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Allah rəhmət eləsin!", - məlumatda deyilir.
Musavat.com