“Hər iki komanda yaxşı oynadı”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının XII turunda baş tutan “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan sonra mətbuat konfransında “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: "Hər iki komanda yaxşı oynadı. Bəzi anlarda oyuna diqtə edən tərəf biz idik. Rəqibin də üstün olduğu məqamlar vardı. Çətin oyunlar keçir. “Turan Tovuz” da yaxşı komandadır. Futbolçular öndə müdafiəyə diqqət etdilər. Düzdür, belə tapşırıq verilməmişdi. Hücumlar da edirdik. Sadəcə epizodları düzgün dəyərləndirə bilmədik. Rəqib də əvəzetmələrdən sonra oyunu dəyişməyi bacardı”.
Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb.