AZ

Venediktov İrəvandan hədələdi: Rusiya ordusu Cənubi Qafqaza girəcək?

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Rusiya müxalifəti tərəfindən “korrupsioner məmurlar və müharibəni qızışdıranlar” siyahısına salınan “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda rusiyayönümlü “CivilNet”ə müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin bitmədiyini, Kremlin hazırda Azərbaycan ”əsirliyində” olan Ruben Vardanyanı unutmadığını, sadəcə Ukraynadakı müharibədə resursları itirilməsinə görə Moskvanın indi müdaxilə edə bilmədiyini bildirir. Söhbətin hansı resurslardan getdiyi yəqin ki, hər kəsə aydındır.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli qeyd edib.

“Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun Ermənistanla bağlı siyasətin yeni kuratoru təyin edilməsini sentimentallıqdan daha sərt siyasətə keçid kimi dəyərləndirən Venediktov əvvəlki kurator Kozakın xaraktercə kompromis tərəfdarı və anlaşmadan yana olduğunu bildirir. Kozakdan fərqli olaraq Kiriyenkonun nəticəni güc vasitəilə əldə olunacağına inanan məmur olduğunu vurğulayan Venediktov Ermənistanla yanaşı bütün Cənubi Qafqazı təhdid edərək Kremlin siyasətinin sərtləşəcəyinin mesajını verir”, - o bildirib.

Politoloqun sözlərinə görə, Ukraynaya qarşı müharibəninin qızışdırıcılarından olan Venediktovun bu açıqlamaları Azərbaycan cəmiyyətini və dövlətini düşündürməlidir. Çünki Venediktovun sözündən belə çıxır ki, Rusiyanın Ukraynada resurs itirməsinə görə Cənubi Qafqaza ayırmağa resurs tapa bilməməsindən ən çox qazanan ölkə Azərbaycandır. Ukrayna təslim olarsa, Rusiyanın ilk olaraq ordularının istiqamətini Cənubi Qafqaza, Azərbaycana çevirəcəyi ehtimalı Venediktovun müsahibəsindən sonra daha yüksək görünür.

Asena,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
www.bakupost.az

1Mənbələr