AZ

Türkiyənin iki şəhərində 54 şagird qidadan zəhərlənib

Türkiyədə 54 şagird qidadan zəhərlənib.

APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Koceli şəhərində yerləşən özəl liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra səhhətlərində kəskin narahatlıq hiss ediblər.

Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Hər iki şəhərdə zəhərlənən şagirdlər xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib.

Araşdırmalara başlanıb.

Seçilən
41
6
apa.az

10Mənbələr