AZ

Avropa liderləri Trampın planına düzəlişlər TƏLƏB EDİR

Avropa İttifaqı liderləri ABŞ-ın təqdim etdiyi sülh planının ən azı dörd əsas bəndinə dəyişiklik edilməsini zəruri hesab edir.

Musavat.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa paytaxtlarında planın hazırkı variantı həm Ukrayna, həm də qitənin təhlükəsizliyi üçün ciddi risklər daşıyır.

Ərazi məsələsi. Planın Donbas və Krımın tam şəkildə Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan bəndi Avropa liderləri tərəfindən qəbuledilməz sayılır. Brüsseldə hesab edirlər ki, bu, beynəlxalq hüququn kobud şəkildə pozulması demək olacaq.

Ukrayna Ordusunun sayının 600 min nəfərə endirilməsi. Avropa paytaxtlarında bu təklif “Ukraynanı həddindən artıq həssas vəziyyətə salan addım” kimi qiymətləndirilir.

Təhlükəsizlik zəmanətləri. Liderlər Rusiyanın gələcəkdə Ukraynaya və ya AB-yə hücum etməmək barədə verəcəyi hər hansı rəsmi öhdəliyin etibarlılığına inanmırlar. Buna görə də bu bəndə əlavə təminatlar tələb edirlər.

Dondurulmuş Rusiya aktivlərinin taleyi. Avropada saxlanılan rus aktvinin necə istifadə olunacağı məsələsi də ciddi mübahisə yaradır - liderlər bu maddənin yenidən işlənməsini istəyirlər.

Mənbənin yazdığına görə, müzakirələr davam edir və Avropa tərəfi planın indiki formada qəbul edilməsinin mümkün olmadığını artıq Vaşinqtona çatdırıb.

Musavat.com

Seçilən
34
50
musavat.com

10Mənbələr