AZ

Netanyahu: Türkiyənin Suriyanın cənubuna daxil olmasına imkan vermədik

BAKI, 22 noyabr. TELEQRAF

"Türkiyə ilə Suriyada qalmaq üçün "modus vivendi"(müvəqqəti anlaşma)qurmaq istəyirik".

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Ekspress” media kanalına müsahibəsində bildirib.

Suriyanın ərazilərini nəzarətdə saxlayan İsrailin Baş naziri Türkiyənin sərt etirazlarına münasibət bildirərkən qeyd edib ki, Ankaranınritorikası çox sərtdir: “Ümid edirəm ki, təhdidlər reallaşmaz”.

Netanyahu Türkiyə ordusunun Suriyanın cənubuna girişinin qarşısını aldıqlarını bəyan edib:

"Onların Suriyanın cənubuna daxil olmalarının qarşısını aldıq. Sərhədimizə yaxın bir yerə daxil olmaq istədilər. Bu, heç vaxt olmayacaq, dedim. Biz də onların Suriyanın mərkəzindəki T-4 adlanan əraziyə girmələrini istəmədik və hətta o ərazini bombaladıq, mənim Hərbi Hava Qüvvələrinə verdiyim əmr bu idi və onlar da onu yerinə yetirdilər”.

Hərbi müdaxilələrə baxmayaraq, Türkiyə ilə dialoq kanallarının açıq qaldığını deyən Netanyahu Türkiyə ilə məsafə saxladıqlarını diqqətə çatdırıb: "Deyə bilərəm ki, hazırda məsafə saxlayırıq, eyni zamanda, Türkiyə ilə dialoq qururuq. Qarşıdurmanın olmamasına dair qarşılıqlı maraq var"

Türkiyənin Suriyadakı fəaliyyətini yaxından izlədiklərini bildirən Netanyahu əlavə edib:“Necə deyərlər, yeməklə iştah artır, bəzi qabiliyyətlər iştahı artırır. Sizin qabiliyyətləriniz digərlərinin iştahını kəsir”.

Seçilən
22
teleqraf.com

1Mənbələr