AZ

"Zirə" "Qəbələ"ni məğlub etdi

Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ" ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu 45+3-cü dəqiqədə Ruan Renato (p) vurub.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "qartallar" ikinci pillədəki "Turan Tovuz"a çatıb. Bölgə təmsilçisi 5 xalla 11-ci sıradadır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçə edib - 1:1.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.

Seçilən
40
14
unikal.az

10Mənbələr