Bina sakinlərinin restoranla bağlı qaldırdıqları iddiaya Yasamal Rayon Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova baxırdı. Hakim sakinlərin (Yasamal-62 MMMC) iddiasını rədd edib. Hakim aldığı qərarın hansı nəticələrə səbəb ola biləcəyini hesablamalı, məsuliyyətli olmalı idi.
Tribuna-nın məlumatına görə, bu sözləri hüquqşünas Fərhad Mehdiyev yazıb.
O bildirib ki, Yasamalda Mirəli Seyidov küçəsində yanan və həlak olanların olduğu binadakı sakinlər, daha əvvəl orada fəaliyyət göstərən restoranı bağlatdırmaq üçün məhkəməyə də müraciət etmişdilər:
“Çünki resroranın fəaliyyəti orda yaşayan sakinləri narahat edirdi, tüstüsü onları boğurdu, binanın zirzəmisində təhlükəli şərair yaradırdı.
Hətta restoranın ilkin sənədlərinin saxta olması ilə bağlı dəlil-şahid də gətirmişdilər.
e-2(004)-412/2025 saylı işə Yasamal Rayon Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova baxırdı. Sakinlərin (Yasamal-62 MMMC) iddiasını rədd edib.
İnsanlar aldıqları qərarın hansı nəticələrə səbəb ola biləcəyini hesablamalı, məsuliyyətli olmalıdır.
Başqa sözüm yoxdur”.
Gülşən Rəsul