AZ

Bu qatar canlı qatardır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Elmi, sosial, siyasi yazıları ilə tanıdığımız məşhur alim, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədlinin poetik ifadələri.

QARDAŞ KİMİ DOST YAXŞIDIR

Bir yad kimi qardaşdansa,

Qardaş kimi dost yaxşıdır.

Çünki, kimi mütləq deyil,

Bənzətmədir, dəqiq deyil.

Nə olursan özündən ol

Kimi olma, mi-mi olma,

Xətirə yox, könüldən ol,

Calaq olma, yamaq olma.

Öz tarının mizrabı ol,

Özgəsinin simi olma.

Zaman gələr sim qırılar,

Bərk ayaqda mizrab çalar

Yəni qardaş qardaş olsun

Məqamında dost tapılar.

15.8.2025.

Əziz dostum professor Yusubov

İsmixan müəllimin 80 illik yubileyinə.

İsmi Xan, zatən alim,

Həm də müdrik və salim.

Gülər üz, nurlu sima,

Hər kəlməsi bir məna.

Həyat eşqi aşıb -daşır,

Duyğuları çulğalaşır.

Yazdıqları bir məlhəmdir,

Hər məqamda könül açır

Vətəndaşdır qəlbdan-candan,

Yek kəlməsi Azərbaycan!

Halal olsun qüdrətinə,

Aşıb-daşan şöhrətinə.

Nəvələri işıq tutsun-

Tükənməyən hörmətinə.

11.9.2025.

AĞ AT GƏLİB YETİŞSİN

Ağ at gələn yollara,

Ağ qar yağdı, yol bağlandı.

Ümid dolu baxışlar

Yolsuz çöllərdə qaldl.

Tanrının mərhəməti

Hünəri, əzəməti

Kərəmin kəraməti

Bir günəşə bağlıdır.

Biz günəşin evladı,

Arzu dolu muradı,

Hünərinin amalı,

Həm də yetirməsiyik.

Günəşsiz həyat olmaz,

Günəşsiz canlı qalmaz.

Nə çəmən, nə bir çiçək

Nə cücərməz, nə açmaz.

Nə ağ at, nə qara at

Kükrəyib şahə qalxmaz.

Nə tikanlı qarağat

Kollanıb tikanlanmaz.

Günəşdir yaradanın

Ən böyük möcüzəsi,

Günəşdir kainatın

Nur saçan xəzinəsi.

Mərhəmətli insanlar,

Allahdan nur alanlar,

Günəş məramlıdırlar.

Onlar əməllərilə

Arzu diləklərilə

Ətrafa nur saçırlar.

Mərhəmət haqdan gəlir

Qüvvə verir yüksəldir.

O insan xoşbəxtdir ki,

Mərhəmətə tuş gəlir.

Gül açır arzuları,

Nur saçır baxışları.

İstəyilə birləşir

Ağ at gəlib yetişir.

2.10.2025.

DURNA QATARI

Gözləri yol çəkənlərin

Həsrətdən üzülənlərin,

Vüsal gözənlərin,

Ümid yeri, arzuları,

Görünür durna qatarı.

Bu qatar canlı qatardır,

Söhbətli, sözlü qatardır,

Durnalar ruha bağlıdır,

Onların duyğusu vardır.

Yayda yaylağa, qışda qışlağa,

Uçurlar hey uçurlar,

Uça-uça danışırlar,

Uça-uça oxuyurlar.

Sidq ürəkdən sevənləri,

Gözləri yol çəkənləri,

Yaman gözdən qoruyurlar.

Durnalar yorğun durnalar,

Həm görür,həm anlayırlar.

Taleləri vərəq -vərəq

Uca göylərdə yazırlar.

Uçurlar,uçurlar,uçurlar,

Ümidlə gözləyənlərə

Əhdi peyman kəsənlərə

Xoş xəbərlər çatdırırlar.

20.10.2025.

Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
bizimyol.info

1Mənbələr