AZ

Mehdiabadda binada yanğın I 3 nəfər zəhərlənib

Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 61 kv.m olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kv.m sahədə yanıb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi xidmət göstərilib.

AzVision.az
Seçilən
303
26
azvision.az

10Mənbələr