AZ

Tarkanın konsertinə biletlər 3 dəqiqəyə tükəndi

Türkiyə estradasının meqastarı Tarkan yanvarın 16-17-20 və 23-də İstanbulda konsert verəcək. Metbuat.az xəbər verir ki, bu gün konsert biletləri onlayn satışa çıxarılsa da, müğənnini canlı dinləmək istəyənlərin çoxunun arzusu gözündə qalıb. Cəmi 3-4 dəqiqə ərzində sistem çökdüyü üçün minlərlə insan bilet ala bilməyib. Tarkanın pərəstişkarları sistemi dəllalların çökdürdüyünü iddia ediblər. Onların fikrincə, biletləri "qara bazar"da ikiqat qiymətinə satmaq istəyən dəllallar belə bir hiləyə əl atıblar.

Tarkan isə pərəstişkarlarını məyus olmamağa səsləyib. O, yanvarda istanbulda 4 deyil, 8 gün konsert verəcəyini bildirib.

Seçilən
27
metbuat.az

1Mənbələr