Futbol üzrə Türkiyə Super Liqasında 13-cü turun oyunları keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, "Kayserispor" doğma meydanda "Qaziantep"i qəbul edib. Bu görüşdə qonaqlar qələbəyə sevinən tərəf olub.
İki qolun qeydə alındığı "Eyüpspor"- "Karagümrük" matçında qalib müəyyənləşməyib.
"Qalatasaray" isə doğma meydanda "Gənclərbirliyi"ni sınağa çəkib. Beş qolun qeydə alındığı bu matçda isə meydan sahibləri çətin qələbə qazanıb.