AZ

Türkiyədə arıdıcıl zəhərlənmələr 123 məhbus xəstəxanaya yerləşdirildi

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin Sakarya bölgəsində yerləşən cəzaçəkmə müəssisəsində axşam yeməyindən sonra 123 məhkumun vəziyyəti pisləşib və onlar qida zəhərlənməsi şübhəsi ilə müxtəlif xəstəxanalara aparılıb.

Milli.Az xəbər verir ki, hadisə axşam saatlarında Sakarya Açıq Cəza İnfaz Qurumunda baş verib. İddialara görə, məhkumlara axşam yeməyində hazır konservləşdirilmiş balıq verilib. Yeməkdən bir müddət sonra məhkumlar arasında qusma və ürək bulanma şikayətləri artmağa başlayıb.

123 nəfər məhkum ambulanslarla şəhərdəki xəstəxanalara çatdırılıb.

kütləvi şəkildə baş verən zəhərlənmə şübhəsi ilə bağlı axşam yeməyində verilən bütün qidalardan nümunələr götürülərək laboratoriyalara göndərilib.

Rəsmi məlumatlara görə, xəstəxanaya yerləşdirilən məhkumların ümumi sağlamlıq vəziyyəti yaxşıdır və ciddi bir riskin olmadığı bildirilib. Zəhərlənmənin dəqiq səbəbi araşdırılır.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
news.milli.az

1Mənbələr