AZ

Azərbaycanda breketə görə əsgərlikdən möhlət verilir? - RƏSMİ CAVAB

Bu mövzu ilə bağlı diqqətçəkən məqam isə breket taxan oğlanların hərbi xidmətdən möhlət almasıdır. Ajans.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb. Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsindən bildirilib ki, breket taxılması faktı özlüyündə möhlət hüququ yaratmır. Möhlət yalnız müəyyən tibbi göstəricilər əsasında tətbiq olunur: "Həzm orqanlarının xəstəlikləri üzrə: çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətindədirlərsə, onların tibbi şəhadətləndirilməsi yalnız bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 51 "d" maddəsinin I qrafasına əsasən "Hərbi xidmətə müvəqqəti yararsız" hesab edilirlər", - məlumatda qeyd olunub.

Mənbə/Modern.az

Seçilən
19
14
Ajans.az

10Mənbələr