Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın xəbərinə görə, hadisə şəhərin Nizami küçəsində baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü şəhər sakini Sarıyev Elman Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 17 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
***
Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.
Avtosfer.az-ın xəbərinə görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.