AZ

Betonqarışdıran maşın böyük təhlükə yaratdı – VİDEO

Bakı–Quba–Rusiya Federasiyası yolunun 164-cü kilometrində, Qubanın Mirzəməmməd kəndi ərazisindən keçən hissəsində betonqarışdıran maşın böyük təhlükə yaradıb.

NOCOMMENT.az xəbər verir ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sulu beton yola tökülərək yolun üst qatını tam örtüb və həmin ərazidən keçən avtomobilləri risk altında qoyub.

Hadisə dərhal polis əməkdaşlarının diqqətinə çatdırılıb və onlar əraziyə cəlb olunublar. Məlum olub ki, sürücü betonu körpünün üzərində, birbaşa DYP-nin təhlükəsizlik kamerasının altında töküb. Quba Rayon Polis Şöbəsi həmin yük maşınının sürücüsünün tapılması ilə bağlı axtarış tədbirlərini həyata keçirir. Kaçeradan əldə olunan görüntülərdən sürücünün yola betonu qəsdən və ya ehtiyatsızlıqla tökdüyü aydın görünür.
Əraziyə “Azəravtoyol”un canlı qüvvəsi və xüsusi texnikası cəlb olunaraq yolda təmizləmə işlərinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
nocomment.az

1Mənbələr