AZ

“Öncə Vətən” və “Sonsuzluğa qanad açanlar”

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Araşdırmaçı-yazar Xalidə Xalid Azərbaycan və Türkiyənin şəhidlərini dünyaya tanıdır

Türkiyədə yaşayan azərbaycanlı araşdırmaçı-yazar Xalidə Xalid Türkiyə və Azərbaycanın şəhidlərini beynəlxalq ictimaiyyətə tanıtmaq üçün layihələrini davam etdirir. AYNA.AZ “Doğan” agentliyinə istinadən bildirir ki, X.Xalidin həm Azərbaycanda, həm də Türkiyədə yayımlanan məqalələri iki ölkənin qəhrəmanlarının bioqrafiyalarını geniş kütlələrə çatdırır.

Onun həyata keçirdiyi “Öncə Vətən” layihəsi çərçivəsində Türkiyənin fərqli bölgələrində şəhid olan əsgərlərin həyat hekayələri Azərbaycan mediasında geniş yer alıb. Layihədə 11 sentyabr 2020-ci ildə Vanın Çatak qəsəbəsində şəhid olan yüzbaşı Mahmut Top, 18 noyabr 2012-ci ildə Hakkarinin Şemdinli bölgəsində şəhid olan baş leytenant Gökhan Korkut, 19 avqust 2015-ci ildə Siirtin Pervari bölgəsində bombalı hücumda şəhid olan qardaşlar Emre və Kaan Arlı haqqındakı məqalələri yayımlanıb. Layihənin Azərbaycan mediasında yer alacaq növbəti qəhrəmanı isə “Pençe-Kaplan” əməliyyatı bölgəsində terrorçularla döyüşdə şəhid olan çavuş Süleyman Ural olacaq.

X.Xalid Azərbaycanın 44 günlük Vətən müharibəsində şəhid olan polkovnik Mehman Qənbərov, leytenant Həsənağa Abdullazadə, gizir Şahmar Quliyev, şəhid qardaşlar İman ve Bəhram, əsgər Mirağa Əliyev, Mais Səfərov, İbrahim Ruqabzadə, gizir Kamil Şirinov və çox sayda şəhidlə bağlı bioqrafik məlumatlar hazırlayıb.

Yazarın “Sonsuzluğa qanad açanlar” layihəsində Xızıdakı Qaraheybət hava bazasında baş verən Mi-17 helikopter qəzasında şəhid olan 14 əsgərin haqqında bəhs edilir. 11 noyabr 2025-ci ildə Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan “C-130” tipi hərbi yük təyyarəsində şəhid olan əsgərlərin haqqında məlumatlar da bu layihədə yer alacaq.

X.Xalid iki ölkə şəhidlərinin xatirələrini yaşatmaq üçün “Öncə Vətən” deyərək, daha geniş formada layihələrə imza atmağı hədəflədiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
ayna.az

1Mənbələr