AZ

“Napoli” “Qarabağ”la oyundan öncə qələbə qazandı

BAKI, 23 noyabr. TELEQRAF

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Napoli” İtaliya A Seriyasının XII turunda “Atalanta”nı qəbul edib.

Teleqraf xəbər verir ki, Dieqo Armando Maradona adına stadionda keçirilən görüş Neapol təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1.

Antonio Kontenin rəhbərlik etdiyi komandanın qollarını David Nereşlə (17,38) Noa Lanq (45) vurub. Berqamolulardan isə Canluka Skamakka (52) fərqlənib.

Bununla da “Napoli” xallarının sayını 25-ə çatdıraraq ilk pilləyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” “Napoli” ilə noyabrın 25-də qarşılaşacaq.

Seçilən
28
teleqraf.com

1Mənbələr