AZ

Dünənki yanğında həlak olan azyaşlı tanınmış vəkilin qızı imiş

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.

 

E-huquq.az xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır. Azyaşlının babası isə digər tanınmış vəkil Elçin Qəmbərovdur.

 

Bildirilib ki, Ə. Qəmbərovun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
20
20
senzor.az

10Mənbələr