AZ

Zəngəzurda yeni sərhəd zastavaları açılıb

Zəngəzurda (Sünik) Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının "Kornidzor", "Xndzoresk" və "Artaşen" sərhəd zastavaları açılıb.

“Cehbhenfo.az”-ın erməni mətbuatına istinadən xəbərinə görə, müasir tələblərə cavab verən sərhəd zastavaları Ermənistan Respublikası hökuməti tərəfindən ayrılan vəsait hesabına tikilir.

Kornidzor, Xndzoresk və Artaşen sərhəd zastavalarının açılış mərasimi Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının N saylı Dəstəsində keçirilib.

Tədbirdə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan, direktor müavinləri Aram Hakobyan və Sərhəd Qoşunlarının komandanı David Sanamyan, polkovnik Qarik Muradyan və digər rəsmi şəxslər iştirak ediblər.

Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan yeni tikilmiş üç zastavaya baş çəkib, hərbi qulluqçuların yaşayış və iş şəraitinə, eləcə də silah-sursat və maddi-texniki təchizatına baxıb.

Səfərdən sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru Sərhəd Mühafizəsi komandanlığına müvafiq tapşırıqlar verib.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr