AZ

Azərbaycan və Braziliya iqlim maliyyəsinin 1.3 trilyon dollara yüksəldilməsinə dair “Yol Xəritəsi” hazırlayıb

Bakı. Trend:

10-22 noyabr tarixlərində Braziliyanın Belem şəhərində BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin30-cu Sessiyası (COP30), 6-7 noyabrda isə Sessiyanın LiderlərZirvəsi təşkil olunub.

XİN-dən Trend-ə bildirilibki, Liderlər Zirvəsində Azərbaycan Respublikasını Milli MəclisinSədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsiledib. Milli Məclisin sədri Azərbaycan Respublikası adından bəyanatsəsləndirib və bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfligörüşlər keçirib.

COP30-un rəsmi açılış günündə COP-a sədrlik AzərbaycanRespublikasından Braziliyaya təhvil verilib. COP29-un sədri,Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrənümayəndəsi Muxtar Babayev COP30-un açılış sessiyasında çıxışedərək ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiştarixi nəticələr, eləcə də ölkəmizin COP-a sədrlik etdiyi dövrərzində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. M.Babayevhəmçinin COP29-un sədri qismində COP30 çərçivəsində təşkil olunmuşbir sıra tədbirlərdə iştirak və çıxış edib, digər nümayəndəheyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

COP30-un hər iki seqmentində Xarici İşlər Nazirliyinin (XİN)heyəti də iştirak edib. Konfrans çərçivəsində XİN nümayəndə heyətiKonfransın yekununda qəbul edilməsi planlaşdırılan qərarlarınqəbulu istiqamətində aparılan danışıqlara cəlb edilib və 2 mühümqərarla bağlı danışıqların aparılması və həmin sənədlərinrazılaşdırılması Azərbaycana həvalə olunub.

COP30 sədri Andre do Laqo tərəfindən Azərbaycan xarici işlərnazirinin müavini Yalçın Rəfiyev və Braziliya xarici işlərnazirinin müavini Mauricio Lyrioya verilmiş COP31-in ev sahibliyinənamizəd ölkələr olan Türkiyə və Avstraliya arasında danışıqlarınaparılması səlahiyyəti çərçivəsində, 12 gün ərzində aparılmışintensiv danışıqlardan sonra COP31-in ev sahibliyinin Türkiyəyəverilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, COP30 çərçivəsində COP sədri tərəfindənAzərbaycan və Norveç nümayəndələrinə Paris Sazişinin QlobalQiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədlərinrazılaşdırılması prosesinə onun adından rəhbərlik etmək vədövlətlər arasında danışıqlar aparmaq mandatı verilib. Budanışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirininmüavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə iqlim və ətraf mühitnaziri Andreas Bjelland Eriksen edib.

Azərbaycan və Norveç tərəfi bütün danışıq qrupları ilə apardığımüzakirələrin nəticəsində mümkün qərar layihələrinə dairtövsiyələrini COP31-in Braziliya Sədrliyinə təqdim edib və bumüzakirələr müvafiq sənədlər üzrə qərarların qəbuluna töhfəverib.

XİN heyəti həmçinin COP29 Sədrinin Fəaliyyət Gündəliyiçərçivəsində irəli sürülmüş sülh və miqrasiya, su, səhiyyə,şəhərlər və iqlim şəffaflığı mövzularında təşəbbüslərlə bağlı beştədbir keçirib. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti yenilənənenerji, hidrogen və kənd təsərrüfatı təşəbbüsləri ilə bağlı birneçə tədbirin keçirilməsinə həm-təşkilatçı qismində dəstəkgöstərib.

Bununla yanaşı, COP29 çərçivəsində qəbul edilmiş Bakı MaliyyəHədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobaliqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair“Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsindətəqdim edib.

Seçilən
42
21
az.trend.az

10Mənbələr