BAKI, 23 noyabr. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna nümayəndə heyəti ilə sülh danışıqları aparmaq üçün Cenevrəyə səfər ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Avropa ölkələri də ABŞ-nin Ukrayna ilə bağlı irəli sürdüyü sülh təkliflərinə cavab olaraq özlərinin alternativ planını hazırlayıb və onu Vaşinqtona təqdim etməyə hazırlaşır.